Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin Sədri İradə Rizazadə Şəmkir rayonunda yeni fəaliyyətə başlayan Günərzi Qayğı Mərkəzinin iş fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, uşaqlarla görüşlər keçirən İradə Rizazadə həmçinin 2 aydır ki fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzinin koordinatorudur.

Bu barədə Şəmkir rayon Günərzi Qayğı Mərkəzinin Sosial işçisi Lalə Qasımova QHT.az-a açıqlamasında bildirib: “Görüş əsasında İradə xanım və uşaqlar arasında maraqlı dialoq gözdən yayınmayıb. Sonra İradə xanım mərkəzlə bağlı öz tövsiyyələrini bildirib. O qeyd edib ki, hər bir uşağa xüsusi ilə yanaşılmalı və qayğı artırılmalıdı. Layihəni yaratmaqda əsas məqsəd uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək və bir şəxsiyyət kimi formalaşmasına zəmin yaratmaqdır.”

Sonda əməkdaşlar və uşaqlarla birgə xatirə fotosu çəkilib.

Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin yanında Günərzi qayğı mərkəzlərində uşaqların bu və ya digər istiqamətdə bacarıqlarının inkişafı üçün işlər aparılır. Bunun üçün mərkəzdə müxtəlif dərnəklər fəaliyyət göstərir. Burada uşaqlara psixoloji dəstək göstərilir və həmçinin onların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər təşkil olunur.

 

Pərvanə Fərhadqızı