“Bu gün heç kəsə sirr deyil ki, vətəndaş təşəbbüskarlığını reallaşdırmaq üçün ən yaxşı və ən effektli təşkilati forma məhz QHT-lərdir. QHT-lər cəmiyyətin sosial-iqtisadi və ictimai-siyasi inkişafının barometri sayılır. QHT-lər vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşmasını özündə ehtiva edən bir institutdur”. – bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrail İsgəndərov QHT.az - a açıqlamasında bildirib.

O, qeyd edib ki, QHT yaradılmazdan əvvəl onun dəqiq missiyası və hədəf qrupları müəyyən olunmalıdır: “QHT öz missiyasını həyata keçirmək üçün hədəf seçdiyi icmanı necə motivasiya və səfərbər edəcəyi haqda dəqiq təsəvvürlərə malik olmalıdır. Qalib ölkə kimi Azərbaycanın QHT-nin üzərinə isə bu sahədə ikiqat yük düşür. Bütün QHT-ə ölkənin bu həssas dövründə öz missiyalarını layiqincə həyata keçirməkdə uğurlar diləyirəm!”

 

Pərvanə Fərhadqızı