“Təhsil hamı üçün” mövzusuna həsr olunan Avropa Gənclər Parlamentinin 99-cu sessiyası çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyinin iştirakı ilə "Dayanıqlı İnkişaf Məqsədlərinin gələcəyi" adlı tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün dünyanın gənclərin enerjisi və yaradıcılığına ehtiyacı olduğunu bildirib.
Qeyd edək ki, panel müzakirələri zamanı isə iştirakçılar təhsilin müxtəlif aspektləri, onların qlobal çağırışlara uyğunluğu, gənclərin praktiki bacarıqlarının inkişafı və DİM-lərin bu inkişafa təsirlərinə dair fikir mübadiləsi aparıb.
Pərvanə Fərhadqızı












