Lula 2026-cı il seçkilərində yenidən prezidentliyə namizəd olacaq.

QHT.az xəbər verir ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva açıqlayıb ki, 2026-cı ildə ikinci müddətə prezidentliyə namizəd olacaq. O, 80 yaşında olmasına baxmayaraq enerjili olduğunu bildirib. Lula İndoneziyaya səfəri zamanı jurnalistlərə deyib ki, dördüncü müddət üçün namizədliyini irəli sürəcək. O, Asiya səfəri çərçivəsində Malayziyadakı Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının sammitində iştirak edəcək və ABŞ prezidenti Donald Trampla ticarət tariflərini müzakirə edəcək.

Braziliya konstitusiyası prezidentlərə ardıcıl iki müddətə seçilməyə icazə verir. Lula 2023-cü ildə vəzifəsinə qayıtdıqdan sonra yenidən namizəd olmaq hüququnu saxlayır və hazırda 2026-cı il seçkilərində bütün sorğularda liderdir. Sağlamlığı barədə narahatlıqlara baxmayaraq, Lula sosial mediada məşq videoları paylaşaraq enerjili olduğunu göstərir.

 

R.İmanov