Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı Reabilitasiya Mərkəzi və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə əlilliyi olan gənclərin iştirakı ilə tədbir keçirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən QHT.az-a verilən məlumata əsasən, tədbir çərçivəsində iki mərhələdən ibarət komandalararası yarışlar təşkil olunub. Yarışlarda gənclər müxtəlif intellektual və fiziki aktivliklər üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

 

Tədbir əlilliyi olan gənclərin sosial fəallığının artırılması, onların ünsiyyət və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyıb.

 

Qeyd edək ki, Bakı Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərə tibbi-fizioterapevtik, sosial-psixoloji və icma əsaslı reabilitasiya xidmətləri göstərilir.