QHT.az Platforması tərəfindən “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov Fəxri Fərmanla təltif olunub.

Mükafat ictimai xadimin xeyriyyəçilik sahəsində gördüyü işlərə, milli-mənəvi dəyərlərin qorunması və təbliğinə, vətəndaş cəmiyyəti və ictimai sektorda uzunmüddətli və səmərəli fəaliyyətinə, həmçinin anadan olmasının 75 illik yubileyi münasibətilə təqdim edilib.

Fəxri Fərmanı “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az xəbər portalının baş redaktoru Cəsarət Hüseynzadə təqdim edib.