Amerikada və dünya miqyasında çox popularlaşan "Wordle" aplikasiyası sayəsində ortaya çıxdı ki, bu il ərzində insanların yazılışını bilməyib ən çox axtarışa verdiyi üç söz "təmkinli" , kakao","hücum" sözləri olmuşdur. ("tacit", "cacao", "foray")
Surdo.az xəbər verir ki,"Wordle" sözünün özü də 2022-ci ildə "Google"-da qlobal miqyasda və ABŞ üzrə ən çox axtarılan termin kimi birinci yeri tutub. Tərcüməsi isə "söz"; "kəlimə" deməkdir.
Axtarışlar texnologiya nəhəngi tərəfindən illik "Search in Search" hesabatında aşkar edilib.
Qeyd edək ki, "Wordle" stifadəçilərə günün sözünü təxmin etmək üçün maksimum altı cəhd verən zehni bir oyundur. Bu sözlər hər zaman beş hərfdən ibarət olur və hamı üçün eyni sözü tapmaq şansı verilir.
"Wordle" o qədər populyarlaşdı ki, cavab axtaran və bacarmayan ümidsiz şəxslər "Google" axtarışlarına müraciət etdi və bu axtarışlar da il sonu statistikasında qeydə alındı.












