BMT-nin araşdırması nəticəsində məlum olub ki, noyabrın sonunda Konqo Demokratik Respublikasının şərqində "M23" üsyançı qruplaşması azı 131 nəfəri öldürüb.

 

Bildirilir ki, araşdırmalar nəticəsində Şimali Kivu əyalətinin Rutsuhuru rayonundakı iki kənddə - Kişişe və Bamboda mülki əhalinin qətliamı təsdiqlənib.

 

Qruplaşma, bu qətliamı dövlətə hədə-qorxu gəlmək üçün həyata keçirdiklərini deyiblər.