Ukraynanın xarici işlər naziri bildirib ki, Ukraynanın diplomatik nümayəndəliklərinə şübhəli və hədələyici paketlər göndərilib. Bütün bu bağlamaların göndərildiyi tək ünvanı var - Almaniya.
Surdo.az bildirir ki, Dmitri Kulebanın məlumatına görə, paketlər Ukraynanın 15 ölkədəki 31 səfirlik və konsulluğuna göndərilib.
Bağlamaların poçt şöbələrindən heç bir əngəl yaranmadan göndərildiyini və göndərənlərin şəxsiyyətinin naməlum olduğu bildirilir.
Paketlər göndərilməyə başlayandan sonra konsulluqlarda təhlükəsizlik gücləndirildi.
Qeyd edək ki, siyasi şərhçilər bütün bunların Ukraynaya qarşı təzyiq yaratmaq üçün qurğulandığını deyirlər.












