Arktikanın iki milyon il əvvəl necə göründüyünə dair indiyə kimi ən dəqiq məlumatlara sahib olan DNT aşkar edilib.

Surdo.az  xəbər verir ki, bu, dünyaya aid aşkar olunan ən qədim DNT-dir.

 

Hazırda Şimali Qrenlandiyanın ərazisi bütövlüklə qardan ibarətdi. Lakin torpaqdan çıxarılan genetik material və DNT-lər ərazidə çox öncələr zəngin bitki və heyvan çeşidi olduğunu ortaya qoyub.

 

Alimlər min illər əvvəl burada yaşamış fillərə bənzər mastodonların, şimal marallarının, qazların, həmçinin xərçənglər və yosunlar da daxil olmaqla dəniz canlılarının genetik izlərini aşkar ediblər.

 

 

Bu nəaliyyət indiyə kimi qeyd olunmuş ən qədim izləri bizə çatdırmağa kömək olub. Alimlər bu məlumatlar vasitəsilə Yer kürəsinin qədim zamanlarda hansı canlılara ev sahibliyi etmiş olduğunu daha dəqiq öyrənə biləcəklərini deyirlər