Alimlərin fikrincə, ulduzların qara dəliklə toqquşması nəticəsində əlamətdar sayıla biləcək astronomik partlayış baş verib.

 Surdo.az xəbər verir ki, qamma-şüa partlamasından ibarət olan bu hadisə, kosmik teleskoplar və NASA rəsədxanası tərəfindən aşkar edilmişdir.

 

Leyçester Universitetinin fizikləri də daxil olmaqla bir qrup elm adamı ümumilikdə bir dəqiqə çəkən bu partlayışı nadir kosmik hadisə kimi qiymətləndirmişdir.

 

Onlar bu üzrə araşdırmalarının gələcək hadisələrin öyrənilməsinə də kömək edəcəyinə ümid etdiklərini bildiriblər.

 

Qeyd edək ki, qamma şüalarının partlaması kainatda məlum olan ən güclü partlayışlardır.