Xəbərlər 11.07.2025 12:25 53

Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

2025-ci il iyulun 10-da Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Türkiyənin Ankara şəhərində Qafqaz Dərnəkləri Federasiyasının (KAFFED) Baş Katibi Ömər Atalar, qurumun sədr müavini, Dünya Çərkəz Birliyinin İdarə Heyətinin üzvü Şeneser Tokmakla görüş keçirib. 

QHT.az xəbər verir ki, müzakirələrdə qeyd olunub ki, 1864-cü il çərkəz sürgünü “xalqlar həbsxanası” olan Çar Rusiyası və SSRİ üçün ilk və son olmayıb. İkinci Dünya Müharibəsi illərində Moskva tərəfindən 1,5 milyondan çox qaraçay-balkarı, çeçen-inquşu doğma yurdlarından zorla çıxararaq, Mərkəzi Asiya və Sibir düzlərinə sürgün edilib. 1944-cü ildə 200 min ahıska türkü yük və heyvan vaqonlarında zorla Sibirə, Qazaxıstana, Qırğızıstana və Özbəkistana göndərilib. 1948-1953-cü illərdə azərbaycanlılar da tarixi torpaqları olan Qərbi Azərbaycandan deportasiya olunublar.

Ömər Atalar sürgün və soyqırımı acısını dərindən bilən Azərbaycanda çərkəz xalqının faciəsinə xüsusi diqqətlə və ehtiramla yanaşılmasına görə təşəkkür edib, Azərbaycan QHT-ləri ilə Rusiyanın “parçala və hökm et” siyasətinin qurbanı olan çərkəzlərin ictimai birliklərinin fəal işləməyə hazır olduğunu qeyd edib. Dünya Çərkəz Birliyinin İdarə Heyətinin üzvü Şeneser Tokmaketnik təmizləməyə məruz qalmış çərkəz xalqının geridönüş haqqının tanınmasına, dil və mədəni hüquqlarının bərpasına nail olmağın əhəmiyyətinə toxunub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı