Tünzalə Abduləlimova: "QHT.az ilə əməkdaşlıq mənim üçün böyük məmnuniyyətdir”
"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova QHT.az saytı ilə bir ildən artıq davam edən əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib:
"Çox müsbət və gözəl bir təcrübədir. Biz artıq bir ilə yaxındır ki, işləyirik və bu müddət ərzində gördüyümüz işin yüksək səviyyədə və peşəkarcasına həyata keçirildiyini müşahidə etmişik. Yüksək səviyyə və gözəl münasibət, hər bir normal işini davam etdirən insan üçün vacib xüsusiyyətlərdir. Həqiqətən sizinlə işləmək mənim üçün çox dəyərlidir. Bu əməkdaşlıq həm bizim üçün, həm də sizin tərəfinizdən hərtərəfli faydalıdır. Hər şeyə görə təşəkkür edirəm: bu gözəl işinizə, yüksək səviyyəli münasibətinizə və mükəmməl fəaliyyətinizə görə. Mən bütün xəbərləri əsasən sizin saytdan izləyirəm və artıq başqa saytlara müraciət etməyə ehtiyac qalmır. Xəbərlər vaxtında və yüksək səviyyədə təqdim olunur. Sizi təbrik edir və hər zaman uğurlarınızın davamını arzulayıram. Hər zaman öncüllərdən olmağınızı diləyirəm."