Xəbərlər 07.07.2025 19:39 34

Dünya Gənc Türk Yazarlar Birliyi yeni üzvlər qəbul edib - FOTOLAR

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Bakıda Azərbaycan və Özbəkistandan olan gənc yazarların görüşü  keçirilib.

QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi türk xalqları arasında ədəbi-mədəni əməkdaşlığın dərinləşdirilməsi, yeni nəsil yazarların bir araya gəlməsi  və qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsi olub.
Tədbiri giriş sözü ilə açan  DGTYB başqanı şair-publisist İntiqam Yaşar birliyin fəaliyyəti və missiyası barədə danışaraq, gələcəkdə Azərbaycan və Özbəkistan da daxil olmaqla türk dünyasının müxtəlif ölkələrindən olan gənc yazarlarla birgə həyata keçirilməsi planlaşdırılan layihələr barədə danışıb. 

Görüşdə çıxış edən DGTYB İdarə Heyətinin üzvləri –  şair Yusif Nazim, yazıçı Yeqzar Cəfərli, şair Şükür Əli, başqan müavini şair Ayşən Rəhim, eləcə də üzvlüyə qəbul olunmuş gənc yazarlar -  Aygün Bayramlı, Elçin Məhərrəmli, Nicat Hunalp, Malik Atilay, Səma Muğanna, Elmir Həsən və Vasif Şükür gənc yazarlar arasında ədəbi ruhun qorunub saxlanmasının, birgə ədəbi platformaların formalaşdırılmasının vacibliyindən danışıblar.

Görüşə qatılan Özbəkistan nümayəndə heyətinin üzvləri – gənc şair və tərcüməçi  Rahmat Babacan, eləcə də yazarlar Cövlan Cavliyev, Candəmir Candar, Şəhriyar Şövkət və Qırğızıstandan olan yazar, Sabirbek Börübay da çıxış edərək türkdilli xalqların ədəbi və mənəvi bağlarının möhkəmlənməsinin əhəmiyyətini qeyd ediblər. Onlar DGTYB-nin türk dünyasının gəncliyi arasında ədəbi əlaqələr yaratmaq yolunda gördüyü işləri yüksək qiymətləndiriblər.

Tədbir boyu həm Azərbaycan, həm də özbək şairləri tərəfindən müxtəlif şeirlər  səsləndirilib.
Bir daha vurğulanıb ki, bu cür görüşlər gənc yazarların bir-birini tanıması, təcrübə mübadiləsi aparması baxımından  mühüm əhəmiyyət daşıyır.
Milli QHT forumunun konfrans salonunda təşkil olunan tədbirin sonunda DGTYB-yə yeni üzv seçilən bir neçə yerli və özbək yazara rəsmi üzvlük vəsiqələri təqdim edilib, xatirə fotosu ilə tədbirə yekun vurulub. 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı