Xəbərlər 11.07.2025 13:38 40

Şəki rayonunda tanınmış şair Vaqif Aslanın 75 illiyi münasibətilə tədbir keçirilib - FOTOLAR

Şəki rayonu Kiş kəndində tanınmış şair Vaqif Aslanın 75 illiyi münasibətilə tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Cavanşir Feyziyev, Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova, Şəki şəhərinin ictimaiyyət nümayəndələri, o cümlədən Şəki 1 saylı mediasiya təşkilatının direktoru Dərya Yaşarlı və icraçı direktoru Rəfael Cabbarov iştirak edib.

Şəki 1 saylı mediasiya təşkilatının mediatorları çıxışları zamanı yubiley münasibətilə təbriklərini çatdırıb, həmçinin tədbir iştirakçılarına Şəki 1 saylı mediasiya təşkilatının fəaliyyəti və uğurlarına diqqət çəkərək mediasiyanın hüquq müstəvisində rolu və bununla bağlı görülmüş işlər barədə ətraflı məlumat veriblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı