Xəbərlər 11.07.2025 12:46 82

Müşfiq Məmmədli: "QHT.az saytının 10 illik fəaliyyəti Azərbaycan mətbuatına mühüm töhfədi"

Milli Məclisin deputatı Müşfiq Məmmədli QHT.az saytının 10 illik fəaliyyətini yüksək qiymətləndirərək, saytın spesifik qeyri-hökumət təşkilatlarının fəaliyyətini işıqlandırmaqla yanaşı, ümummilli məsələlərə və ölkənin həyati proseslərinə dair verdiyi informativ töhfələri də vurğulayıb:

"Mən QHT.az saytının fəaliyyətini böyük məmnuniyyətlə izləyirəm. QHT.az saytı həm spesifik qeyri-hökumət təşkilatlarının fəaliyyətini əks etdirən və bu istiqamətdə maarifləndirici yazılar dərc edən, maraqlı müsahibələr təşkil edən bir saytdan başqa, həm də ümummilli məsələləri, ölkəmizin həyatında gedən prosesləri işıqlandıran və hər kəs tərəfindən oxunulan bir sayt formatını almışdır. Həm informativ xarakterli olması, həm də spesifik xüsusiyyətləri daşıması QHT.az saytını digərlərindən fərqləndirən cəhətdir. Xüsusən də cəmiyyətin ağrılı problemlərinə operativ reaksiya verməsi hər birimiz tərəfindən müsbət emosiyalarla qarşılanır və insanlarımız arasında da getdikcə populyarlaşır. Mən bu qısa müddət ərzində, əslində, tarixi mətbuat tarixinə nəzər yetirdikdə bunu mən o baxımdan qısa müddət hesab edirəm. Amma təbii ki, kifayət qədər uzun müddətdir ki, fəaliyyət göstərir. 10 il artıq bir körpənin böyüyərək həyatı dərk etməsi mərhələsində olan bir zamandır. Bunu isə bir həkim kimi deyirəm. Ona görə də bu müddət ərzində qazandığınız uğurların davamını arzulayıram və daha da yeni nailiyyətlərə, Azərbaycan mətbuatının dövrün tələblərinə uyğun gələn formatda inkişafında Sizə uğurlar arzulayıram".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı