Xəbərlər 11.07.2025 10:50 25

Əliməmməd Nuriyev: "QHT.az milli vətəndaş cəmiyyətinin əsas informasiya platformasına çevrilib”

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev QHT.az saytının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə saytın rəhbərliyini və kollektivini təbrik edərək, platformanın çətin şərtlər daxilində milli vətəndaş cəmiyyətinin əsas informasiya mənbəyinə çevrilməsini yüksək qiymətləndirib:

"Hörmətli Cəsarət bəy,

Sizi və rəhbərlik etdiyiniz komandanı QHT.az saytının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bu onillik yol sadə bir informasiya təşəbbüsündən qat-qat böyük dəyər yaradıb – imkanların azlığına, maliyyə sıxıntılarına və çoxlu  çətinliklərə baxmayaraq, QHT.az saytı milli vətəndaş cəmiyyətinin əsas informasiya resursuna, platformasına çevrilib. 
QHT.az bu illər ərzində, həm də QHT-lərin cəmiyyətdə görünməsində,  ictimai dialoq və məsuliyyətin möhkəmlənməsi yolunda mühüm fəaliyyətlər həyata keçirib. QHT-lərin səslərini geniş auditoriyaya çatdırmaq və ölkəmizdə vətəndaş təşəbbüslərinin inkişafına dəstək olmaq baxımından gördüyünüz işlər xüsusilə dəyərlidir.
Sizə və komandanıza yeni uğurlar, dayanıqlı dəstək arzulayıram. Əminəm ki,  QHT.az  ölkəmizin vətəndaş cəmiyyətinin səsi,  əməkdaşlıq palatforması, yeniliklərin və dəyərli təşəbbüsləri  təbliğ, təşviq edən çoxprofilli, effektiv, güvənilən informasiya resursu, tribunası kimi inkişaf edəcək".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı