Xəbərlər 11.07.2025 13:12 106

Nadir Adilov: "QHT.az saytının mediasiya sahəsində maarifləndirmə işlərinin aparılmasında böyük rolu və yeri var."

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, QHT.az saytının 10 illik yubileyi münasibətilə saytın vətəndaş cəmiyyəti və dövlət qurumları arasında körpü rolunu oynamaqda göstərdiyi əvəzsiz xidmətləri və mediasiya sahəsindəki maarifləndirmə işlərindəki böyük təsirini vurğulayıb:

"QHT.az saytını 10 yaşı - yubiley yaşı olması münasibəti ilə Azərbaycan Respublikasının Mediasiya Şurası adından təbrik edirəm.

QHT.az hər zaman Mediasiya Şurasının fəaliyyətinə təmənnasız və böyük dəstək göstərib. QHT.az saytı hər zaman vətəndaş nəzarətinin, şəffaflığın təmin olunmasında böyük rola malikdir. Vətəndaş cəmiyyəti təsisatları, eyni zamanda dövlət qurumları və sosial təsisatlar arasında körpülərin qurulmasında ixtisaslaşmış sayt kimi QHT.az-ın böyük rolu var. Eyni zamanda sayt ixtisaslaşmış xəbər buketi təqdim etməklə yanaşı, digər müsbət yan təsir edən xəbərləri də eyni pozitiv yanaşma ilə bölüşür. Bu isə vətəndaş cəmiyyəti və digər ekosistem iştirakçıları arasında xəbər mübadiləsinin təqdim edilməsi ilə qarşılıqlı əməkdaşlıqlar üçün yeni imkanlar və yeni fürsətlər yaradır. Sayt xəbər iştirakçılığını, fəaliyyət açıqlığını təşviq edir. Düşünürük ki, sayt vətəndaş iştirakçılığı və vətəndaş cəmiyyəti mühitinə də fəaliyyəti ilə yeni marketinq qaydaları gətirib ki, bu çox mütərəqqi bir addımdır. Əgər vətəndaş cəmiyyəti institutları xidmət yönümlü fəaliyyətlərinin marketinqini edərək təkcə layihələrlə deyil, təmsil etdikləri ixtisaslaşmış sahələr üzrə xidmət sektoru iştirakçısına da çevrilmək istəyirlərsə, saytla sıx və səmərəli əməkdaşlıq etməlidir. Çünki biz QHT.az saytından ixtisaslaşmış vətəndaş cəmiyyəti təsisatlarını nəinki tanıyırıq, eyni zamanda onların mötəbər tərəfdaş olmasını da qəbul edirik. Odur ki, bizim təcrübədə çox olub ki, fəaliyyətimizlə uzlaşan vətəndaş cəmiyyəti nümayəndələrini QHT.az vasitəsi ilə tanıyıb, onlarla əməkdaşlıq etmişik.

Saytın rəhbərliyini, xüsusən hər birimizin dostu Cəsarət Hüseynzadəni və saytın fədakar əməkdaşlarını təbrik edirəm, onlara bizim fəaliyyətə göstərdikləri diqqətə və dəstəyə görə xüsusi təşəkkür edirəm. 

İxtisaslaşmış sayt olaraq sizlərin fəaliyyəti ilə qürur duyuruq. Saytınızın ixtisaslaşma nümunəsi olaraq da gözəl örnəklər yaratdığına əmin ola bilərsiniz.

10 yaşınızı təbrik edirəm."


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı