Xəbərlər 11.07.2025 13:32 30

Elşad Məmmədov: "QHT.az saytı qeyri-hökumət təşkilatlarının inkişafına və ictimai nəzarətə mühüm töhfələr verir”

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az saytının 10 illik yubileyi münasibətilə saytın qeyri-hökumət təşkilatlarının fəaliyyətini təkmilləşdirmək və ictimai nəzarət mexanizmlərinin effektivliyini artırmaqda göstərdiyi müsbət təsirləri vurğulayıb:

"Hesab edirəm ki, QHT.az saytı ölkədə qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsinə, ictimai sektorun ictimai nəzarət mexanizmlərinin effektivliyinə öz müsbət təsirlərini göstərmişdir. Ümid edirəm ki, QHT.az saytı bundan sonra da ölkədə qeyri-hökumət təşkilatları sektorunun inkişafına öz töhfələrini verəcək.

Nəzərə almaq lazımdır ki, ölkədə ictimai sektorun inkişafı, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin effektivliyinin artırılması çox vacib istiqamətlərdir. Düşünürəm ki, QHT.az saytı həmin istiqamətlər üzrə müvafiq fəaliyyətlərin effektivliyinə öz müsbət təsirlərini göstərir və bundan sonra da göstərməlidir. Saytın yaradılmasının 10 illiyi münasibətilə saytın bütün əməkdaşlarını təbrik edirəm və ümid edirəm ki, bundan sonra da effektiv platforma olaraq QHT.az saytı öz fəaliyyətini davam etdirəcək".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı