Xəbərlər 11.07.2025 12:17 48

Sülh gündəliyinə Azərbaycanın effektli təsir göstərəcəyi realdır

Sülh gündəliyinə Azərbaycanın effektli təsir göstərəcəyi realdır Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün səylər beynəlxalq aləmdə müsbət dəyərləndirilib.

Hətta Rusiya tərəfi də belə addımları alqışladığını bəyan edib. Təbii ki, Şimal qonşumuzun səmimiyyətinə inanmaq mükün deyil. Çünki erməniləri bu regiona köçürəndə və Qarabağ münaqişəsinin alovlandıranda Rusiya olub. Şübhə etmirəm ki, Cənubi Qafqazda sülh prosesinə mane olmaq üçün bu ölkə yenidən nələrisə etmək istəyəcək. Amma antisülh cəhdlərinin nəticə verəcəyi real deyil. Çünki dünyanın siyasi arxitekturasının sürətlə dəyişməsi nəticəsində Rusiya Ukrayna bataqlığında daha ağır aqibətlə üzləşə bilər. Digər tərəfdən bu ölkənin Cənubi Qafqaza təzyiq və təsir rıçaqları tamamilə azalıb. Məhz belə məqamda Rusiyanın bölgəni təsir dairəsində saxlamaq, Zəngəzur dəhlizinə nəzarəti əldə etmək üçün cəhdlərinin fayda verəcəyi inandırıcı deyil. Amma, lakin o inandırıcıdır ki, qonşu İranın bəzi mühafizəkar dairələri Zəngəzur dəhlizinin açılmasını beyinlərinə yaxın buraxmırlar. Baxmayaraq ki, islahatçı prezident Məsud Pezeşkian belə strateji dəhlizin açılmasına daha loyal və təmkinli yanaşır. İranın Ermənistandakı erməni baş səfiri isə kimlərinsə diktəsilə, bütün diplomatik etiket qaydalarını pozaraq sərsəm fikirlər səsləndirir.

Təbii ki, regiona və dünyanın böyük bir coğrafiyasına sabitlik gətirəcək, iqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edəcək layihələrin qarşısını almaq mümkümsüzdür. Digər tərəfdən görünən odur ki, Ermənistanla Azərbaycan arasında istər sülh danışıqları, istərsə də Zəngəzur dəhlizinin açılması məsələsi həm qardaş Türkiyə, həm də ABŞ-la koordinasiya olunur. Həmçinin regional güç mərkəzinə çevrilən Azərbaycanın sülh gündəliyinə effektli təsir göstərəcəyi realdır.

 

Əkrəm Bəydəmirli

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı