Xəbərlər 03.07.2025 13:52 64

"Azərbaycanın beynəlxalq mövqeyi güclənir"- DEPUTAT

"Bu gündən etibarən Azərbaycanın Xankəndi şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə ev sahibliyi edir. Görüşün əsas mövzusu dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulmasıdır ki, bu da Azərbaycanın strateji prioritetlərinə uyğundur".

QHT.az xəbər verir kii, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, 570 milyon əhali və 8.8 trilyon dollarlıq real ÜDM-ə sahib olan İƏT artıq təkcə regional deyil, həm də qlobal iqtisadi güc mərkəzlərindən biri hesab olunur:

"2023-cü ildə təşkilata üzv ölkələrdə orta iqtisadi artım 3.7 faiz olub və bu, dünya üzrə göstəricidən yüksəkdir. Sammitin Xankəndidə təşkili Azərbaycanın regionda artan siyasi və iqtisadi nüfuzunu bir daha nümayiş etdirir. Azərbaycan İƏT-də strateji tərəfdaşlarla əməkdaşlığı dərinləşdirir və bu sammit təşkilata üzv ölkələr arasında əlaqələrin daha da gücləndirilməsinə xidmət edir".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı