QHT sədri: “Əbu Dabidə Rusiyasız sülh sazişi Cənubi Qafqazda yeni mərhələnin əsasını qoyur”
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bəyan edib ki, Əbu Dabidə Rusiyanın iştirakı olmadan sülh sazişinin əsaslarının qoyulması region üçün strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, növbəti mərhələdə strsteji kommunikasiyaların qurulması, logistika məsələlərinin həlli, Zəngəzur dəhlizinin böyük Ipək yoluna inteqrasiyası, hava məkanlarının acılması, Türkiyənin proseslərdə dəstəyi və ATƏT-in Minsk qrupunun de-yure və de-fakto buraxılması kimi qlobal əhəmiyyətli məsələlər olacaq:
"Azərbaycan Cənubi Qafqazın söz sahibi olduğunu təstiq edir. Çox uğurlu gedișatlar var.Azərbaycanın hazırkı komandası da güclüdür və xarici siyasətimiz doğru idarə olunur!"
Pərvanə Fərhadqızı