Xəbərlər 08.07.2025 10:56 35

Azərbaycanın ECO-da artan rolu və əhəmiyyəti: QHT sədrindən AÇIQLAMA

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın Xankəndi şəhərində keçirilib.

QHT.az xəbər verir ki, Azərbaycanın bu mühüm tədbirə ev sahibliyi etməsi, ölkəmizin iqtisadi və geostrateji mövqeyinin daha da güclənməsi ilə əlaqədardır. İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli qeyd edib ki, Azərbaycanın zəngin enerji ehtiyatları və əlverişli coğrafi mövqeyi ECO çərçivəsində enerji və nəqliyyat sahələrində əhəmiyyətli rol oynayır:

"Ölkəmiz həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Azərbaycanın həyata keçirdiyi logistika və nəqliyyat islahatları ölkənin əhəmiyyətini artırır. ECO çərçivəsində Azərbaycanın Orta Dəhliz və Zəngəzur dəhlizi kimi təşəbbüslərdəki rolu xüsusi vurğulanır. Bu sammitin Azərbaycanda keçirilməsi, ölkəmizin ECO üzv ölkələri üçün artan əhəmiyyətini və etimadını göstərir".

Ekspert sammitin miqyasının, mahiyyətinin və qarşısında duran prioritetlərin əvvəlkilərdən daha geniş imkanlara malik olduğunu qeyd edib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı