Xəbərlər 08.07.2025 15:02 21

27 QHT nümayəndəsi Miqrasiya Xidməti yanında İctimai Şuraya seçilmək üçün yarışacaq - SİYAHI

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, 2 iyun – 3 iyul 2025-ci il tarixlərində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvlərinin seçilməsi məqsədi ilə namizədlərin qeydiyyatı barədə elan verilmişdir.

QHT.az xəbər verir ki, "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun və “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, 27 nəfərin namizədliyi qeydə alınmışdır.

Qeyd edilməlidir ki, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda 28.07.2025-ci il tarixdə saat 10:00-dan 16:00-dək Bakı şəhəri regional miqrasiya baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Atatürk prospekti 189) gizli səsvermə yolu ilə seçiləcəkdir.

Səsvermədə təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları həmin şəxslər barədə aşağıdakı sənədləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilərin təşkilini həyata keçirən Seçki Komissiyasına təqdim etməlidir:

- səsvermədə iştirak edəcək təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti;

- vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;

- təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti;

- səsvermədə iştirak edəcək təmsilçinin əlaqə vasitəsi (elektron poçt ünvanı, telefon nömrəsi)

Məlumatlar 15.07.2025-ci il tarixədək iş günləri saat 09:00-dan 18:00-dək Dövlət Miqrasiya Xidmətinə şəxsən və ya [email protected] elektron poçtu vasitəsilə təqdim oluna bilər. 

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə namizədliyi qeydə alınmış Azərbaycan Respublikası vətəndaşlarının siyahısı

  1. Daşdəmirbəyli Nərmin Asif qızı, “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyi
  2. Əhədova Dilşad Meyxoş qızı, “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi
  3. Əliyev Ramil Arif oğlu, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi
  4. Əsgərova Yasəmən Möhübbət qızı, “Sahibkar Qadınlar” İctimai Birliyi
  5. Fərzəliyev Əli Vələhədoğlu, “Avrasiya Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi
  6. Fətullayev Vidadi Bayram oğlu, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi
  7. Həsənova İradə İsrafil qızı, “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi
  8. Həsənzadə Azər Araz oğlu, “Üçüncü Sektor” İctimai Birliyi
  9. Hüseynova Məhsəti Əli qızı, “Gənclərin Töhfəsi” İctimai Birliyi
  10. İbrahimli Şəbnəm Nizami qızı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi
  11. İsmayılova Nailə İsgəndər qızı, “Yeni Həyat” İctimai Birliyi
  12. Kətanov Məmməd Teymur oğlu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti
  13. Qədimov Vüqar Anar oğlu
  14. Lətifov Kamil Ceyhun oğlu,“Azərbaycan Gənc Hüquqşünaslar” İctimai Birliyi
  15. Mehdizadə Emin Mehti oğlu, “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi
  16. Məmmədova Kəmalə Natiq qızı, “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi
  17. Məmmədzadə Bəhruz Qasım oğlu, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi
  18. Möhsümova Vəsilə Əfqan qızı, “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyi
  19. Musayev Pərviz Kərim oğlu, “Miqrasiya Proseslərinin Monitorinqi və Təhlili” adlı Vətəndaşların Təşəbbüs Qrupu
  20. Mustafayeva Samirə Vəli qızı, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
  21. Niftalı Habil Abid oğlu, “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi
  22. Rəhimli Nədimə Aydın qızı, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi
  23. Rəhimova Məhluqə Gülməmməd qızı, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi
  24. Səbzəliyeva Nəzrin Ramil qızı
  25. Şirinov Elçin Vaqif oğlu, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi
  26. Vəliyev Asim Nazim oğlu, “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” İctmai Birliyi
  27. Yaqubova Sima Sədrəddin qızı, “Azərbaycan Hüquqşünasları Konfederasiyası”İctimai Birliyi

Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı