Xəbərlər 04.07.2025 12:45 21

 Nazir Kəmaləddin Heydərov Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanq ilə görüşüb.

QHT.az xəbər verir ki,Nazir Kəmaləddin Heydərov səfir Kımqu Kanqı səmimi salamlayaraq, ölkəmizdə fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan ilə Koreya arasında münasibətlərin qarşılıqlı hörmət və səmimi tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayan nazir, bu çərçivədə iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə üzrə münasibətlərin daha da genişləndirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib.

Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat verən nazir Kəmaləddin Heydərov iki dost ölkə arasında sözügedən sahədə ikitərəfli əməkdaşlığın ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirildiyini diqqətə çatdırıb. Nazir imzalanmış müvafiq ikitərəfli sənədlər əsasında görülən işlərdən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunub.

Səmimi görüşə və təbrikə görə təşəkkürünü bildirən Koreya Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanq iki ölkə arasında münasibətlərin, o cümlədən fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın daim genişləndiyindən məmnunluq ifadə edib. Səfir K.Kanq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydasından danışıb, bu istiqamətdə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı