Azərbaycan məhsullarının Afrika bazarına çıxış imkanları müzakirə olundu
Bu gün keçirilən “Afrika Azərbaycan Təhsilatının Afrika Bazarına Çıxış İmkanları” görüşündə 2022-ci ildə təsis edilmiş Afrika–Azerbaijan Cooperation təşkilatının fəaliyyəti və məqsədləri müzakirə edildi.
QHT.az xəbər verir ki, təşkilatın təsisçisi və CEO-su Rəna Qəfərova bildirib ki, Afrika–Azerbaijan Cooperation 2023-cü ildə fəaliyyətə başlayıb və bu müddət ərzində İstanbul, Moskva və digər böyük şəhərlərdə müxtəlif sərgilərdə iştirak edib. O vurğulayıb ki, Türkiyə, Rusiya və digər ölkələrdə uzun illərdir Afrika bazarında aktiv olan şirkətlər mövcuddur, lakin bu sahədə Azərbaycan bazarı hələ tam olaraq formalaşmayıb.
“Biz sahibkarlarla görüşlər zamanı müəyyən tərəddüdlərlə qarşılaşırıq, çünki Afrika qitəsi kasıb kimi tanınır. Amma mən deyərdim ki, Afrika kasıb deyil, Afrikalılar kasıbdır. Bizim əsas məqsədimiz iki milyard nəfər əhalisi olan, 54 ölkədən ibarət Afrika qitəsinə “Made in Azərbaycan” məhsullarını təqdim etməkdir".
Pərvanə Fərhadqızı