“Afrika ilə əməkdaşlıq Azərbaycan üçün böyük perspektivlər vəd edir” - Elşad Məmmədov
İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov “Afrika Azərbaycan Təhsilatının Afrika Bazarına Çıxış İmkanları” mövzusunda keçirilən tədbirdə iştirak etməsindən məmnunluğunu ifadə edib.
QHT.az xəbər verir ki, professor Elşad Məmmədov bildirib ki, Afrika ilə əlaqələrin inkişafı Azərbaycan üçün böyük perspektivlər vəd edir:
"Hətta bu qitənin hələ o qədər də məlum olmaması onun perspektivsiz olduğu mənasına gəlmir. Əksinə, hesab edirəm ki, ölkəmizin həyata keçirdiyi aktiv xarici iqtisadi siyasət çərçivəsində biz bazarları genişləndirməli, əməkdaşlıq etdiyimiz ölkələrin coğrafiyasını artırmalıyıq. Bu istiqamətdə bu gün Rəna xanımın göstərdiyi təşəbbüslər mənə elə gəlir ki, bütövlükdə ölkəmizin iqtisadiyyatına böyük xidmət edəcəkdir. Afrika ilə münasibətlər çərçivəsində yeni bazarların açılması, ixracatın şaxələndirilməsi ümumilikdə ölkəmiz üçün çox vacibdir".
Elşad Məmmədov həmçinin qeyd edib ki, bu proses ictimaiyyət tərəfindən geniş şəkildə dəstəklənməlidir və onlar da öz növbəsində ictimai sektor, əhali və media vasitəsilə davamlı kommunikasiya işləri aparırlar.
Pərvanə Fərhadqızı