“Daha yaxşı gələcək üçün səbirsizliklə əməkdaşlıq gözləyirəm” - Qlobal Cənub QHT Platformasının üzvü / VİDEO
Aprelin 28-29-da Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı ilə bağlı platformanın üzvü - "Raks Tay Fondu"nun (RTF) proqram meneceri Vay Yan Pyo Nainqi təəsüratlarını bölüşüb:
QHT.az xəbər verir ki, onun sözlərinə görə, Forumda iştirak edən natiqlərdən və keçirilən sessiyalardan çox dəyərli və faydalı biliklər əldə edib:
"Gələcəkdə də Qlobal Cənub ölkələri ilə əməkdaşlıq etməyi və daha çox əlaqə qurmağı səbirsizliklə gözləyirəm. Daha yaxşı bir gələcək, daha yaxşı bir dünya, daha yaxşı bir nəsil üçün. Çox təşəkkür edirəm".
Ətraflı videoda:
Qeyd edək ki, bu konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.
Pərvanə Fərhadqızı