QHT sədri Quba rayonunda yaşayan şəhid ailələrini ziyarət edib - FOTOLAR
“Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Quba rayonunda yaşayan şəhid ailələrini ziyarət edib.
QHT.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi şəhidləri çavuş Cəlil Xeyrullayev, əsgər Eynulla Lətifov və əsgər Əfsan Salıyevin ailələrini ziyarət edən Sevinc Orucova onların problemlərini dinləyib və hər zaman şəhid ailələrinin yanında olduğunu bildirib.