“Afrikanın iqtisadi potensialını tam dərk etmirik, amma imkanlar böyükdür” - Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Afrika Azərbaycan Təhsilatının Afrika Bazarına Çıxış İmkanları” mövzusunda keçirilən tədbirdə çıxış edib.
QHT.az xəbər verir ki, Əliməmməd Nuriyev çıxışında bildirib ki, baxmayaraq ki, Afrika haqqında məlumatlı olsaq da, qitənin iqtisadi potensialının tam miqyasını hələ yaxşı dərk etmirik. O vurğulayıb ki, Afrika qitəsi zəngindir, lakin onun insanları yoxsuldur. Bu yoxsulluğun əsas səbəbi uzun müddət müstəmləkə şəraitində yaşamaqdır.
"Bu yoxsulluğun əsas səbəbi uzun müddət müstəmləkə şəraitində yaşamaqdır. Son dövrlərdə isə bu proses genişlənir və yeni aktorlar iqtisadi əlaqələrdə fəal rol oynayırlar. İqtisadi əlaqələr artıq bir-iki dövlətin monopoliyasında deyil, genişlənməkdədir və qardaş Türkiyə bu prosesdə fəal iştirak edir. Bizim potensialımız Azərbaycanın məsələ kimi yeni imkanlar qazanmasına şərait yaradır,” – deyən Əliməmməd Nuriyev vətəndaş cəmiyyəti nümayəndəsi kimi tədbir iştirakçılarından bu istiqamətdə düşüncələrini öyrənmək istədiyini bildirib.
O, xüsusilə qeyd edib ki, vətəndaş cəmiyyəti Afrikada sıx əlaqələr qurmalı və bazarlarla bağlı fəallığını artırmalıdır.
Pərvanə Fərhadqızı