Xəbərlər 23.05.2025 18:27 33

Dövlət Məşğulluq Agentliyi daha 300-dən çox şəxsi peşə kurslarına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir həftədə daha 329 nəfər işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunub.

 

Onlardan 116 nəfər üçün Agentliyin peşə hazırlığı mərkəzlərində, 213 nəfər üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub.

İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuran şəxslərin işlə təminatı da həyata keçirilir.

 

Kurslarda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris edilir.

 

 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı