Xəbərlər 23.05.2025 10:09 60

28 May – Respublika Günü münasibətilə veloyürüş keçiriləcək

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Respublika Gününə həsr olunmuş veloyürüş keçiriləcək.

QHT.az xəbər verir ki, velosiped həvəskarlarını bir araya gətirəcək tədbir 28 may tarixində baş tutacaq. Veloyürüş Veloparkdan (Şıxov) start götürərək Dövlət Bayrağı Meydanında yekunlaşacaq. Başlanğıc saat 11:00-da nəzərdə tutulub.

Təşkilatçılar vətənpərvərlik ruhunu yüksəltməyi və Respublika Gününü birlikdə qeyd etməyi hədəfləyirlər. Tədbir iştirakçılar üçün həm bayram, həm də sağlam həyat tərzinin təşviqi baxımından önəm daşıyır.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı