Xəbərlər 23.05.2025 09:00 126

"Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi həqiqətləri üzə çıxarır" – QHT sədri

“İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri Fəridə Mirişova Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə bağlı QHT.az-a verdiyi açıqlamada Mərkəzin mühüm missiyasına və artan beynəlxalq marağa diqqət çəkib.

Onun sözlərinə görə, professor Mahirə Hüseynovanın ideya rəhbərliyi ilə fəaliyyət göstərən bu qurum qısa müddət ərzində həm yerli elmi ictimaiyyətin, həm də beynəlxalq dairələrin diqqətini cəlb etməyə müvəffəq olub:

"Mərkəz tərəfindən həyata keçirilən tədqiqatlar, Qərbi Azərbaycan tarixinin, bu bölgədəki azərbaycanlı əhalinin taleyinin və buradan deportasiya olunmuş soydaşlarımızın yaddaşının qorunması baxımından böyük əhəmiyyət daşıyır. Mərkəzin əsas məqsədi — Qərbi Azərbaycanla bağlı tarixi faktların toplanması, sənədləşdirilməsi və dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasıdır. Bu istiqamətdə aparılan sistemli və sübutlara əsaslanan fəaliyyətlər bir sıra dairələrin maraqlarına toxunur. Nəticə olaraq, son dövrlərdə xüsusilə Ermənistan və bəzi Qərb ölkələrinin media orqanlarında Mərkəzin fəaliyyəti ilə bağlı əsassız və qərəzli ittihamlar yer alır. Bu cür kampaniyalar açıq şəkildə göstərir ki, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi həqiqətləri üzə çıxarmaqla müəyyən güclərin planlarını ifşa edir. Hər bir qarayaxma cəhdi, əslində, Mərkəzin fəaliyyətinin effektivliyinin və düzgün istiqamətdə qurulduğunun təsdiqi kimi qiymətləndirilə bilər". 

Fəridə Mirişova qeyd edib ki, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin əməkdaşları bu təzyiqlərə baxmayaraq, fəaliyyətlərini qətiyyətlə davam etdirir, mötəbər elmi mənbələrə, arxiv sənədlərinə, şahid ifadələrinə və digər sübutlara əsaslanaraq işlərini davam etdirirlər:

"Mərkəzin təşəbbüsü ilə keçirilən konfranslar, təqdim olunan hesabatlar, nəşr olunan kitab və məqalələr artıq həm yerli, həm də beynəlxalq elmi ictimaiyyətdə maraq doğurmaqdadır. Mərkəzin qarşısında duran əsas hədəflərdən biri də deportasiya olunmuş azərbaycanlıların tarixi yaddaşının yaşadılması, onların mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsidir. Bu məqsədlə həm tədqiqat, həm də maarifləndirici tədbirlər həyata keçirilir. Hazırkı mərhələdə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyətinə göstərilən beynəlxalq maraq və təzyiqlər bir daha sübut edir ki, bu istiqamətdə görülən işlər mühüm əhəmiyyət kəsb edir. Mərkəzə və onun fədakar kollektivinə bu vacib missiyada uğurlar arzulayırıq".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı