Distant formada Mediatorlar üçün təlim təşkil edilib - FOTOLAR
Ədliyyə Akademiyası tərəfindən "Zoom" proqramı vasitəsilə distant formada Mediatorlar üçün təlim təşkil edilib.
QHT.az xəbər verir ki, “Konstitusiya və suverenlik ili” çərçivəsində AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası təşkilatçılığı ilə keçirilən təlim 2 saat olmaqla, insan hüquqlarının müdafiəsi, qanunun aliliyi, hüquq mədəniyyəti, hüquqi məsuliyyət və inkluziv cəmiyyət prinsiplərinin təbliği mövzusu BDU-nun Hüquq fakültəsinin müəllimi, mediator, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev tərəfindən tədris olunub.
Təlimdə 92 nəfər olmaqla, onlardan 73 nəfəri mediator və 19 nəfəri isə Azərbaycan Respublikasının Mərkəzi Bankının İstehlakçılarla iş departametinin əməkdaşları olmuş, 56 nəfər kişi, 36 nəfər isə qadın iştirak edib.
Təlim diskussiya formasında aparılıb və sonda mediatorları və Mərkəzi Bankın İstehlakçılarla iş departametinin əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.