Qubada “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib - FOTOLAR
Bu gün DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə qarşı QHT Koalisiyasının regional koordinatorunun iştirakı ilə Quba Sosial İqtisad Kollecində müəllim və tələbə heyyəti üçün “İnsan alverinə qarşı mübarizə” adlı marifləndirmə mövzusunda tədbir təşkil edilib.
QHT.az xəbər verir ki, tədbirdə Baş İdarənin əməkdaşı İbrahim Əhmədov və “Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi” İB-nin sədri Eynulla Xeyrullayev insan alverinə qarşı mübarizəyə dair maarifləndirici çıxışlar etmişlər.
Maarifləndirmədə təhsil müəssəsinin 135-yə yaxın şagird və müəllim kollektivi iştirak etmiş, “insan alverinə qarşı mübarizə” mövzusunda geniş məlumatlar verilmiş, müzakirələr aparılmış, yaranmış suallar ətraflı cavablarlandırılmışdır.