Sahib Məmmədov: "Dünya Bankı ilə əmək bazarının qiymətləndirilməsi davam edir"
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Dünya Bankının əmək bazarının qiymətləndirilməsi üzrə ekspert kimi fəaliyyətindən danışıb.
QHT.az xəbər verir ki, o bildirib ki, Dünya Bankının “Doing Business” layihəsindən başlayaraq hazırda icra edilən “Business Ready” (B-READY) layihəsi çərçivəsində Azərbaycanın əmək bazarının qiymətləndirilməsini həyata keçirir. Sahib Məmmədov layihənin əsas məqsədinin tənzimləyici bazanı, dövlət xidmətlərini və onların praktikada səmərəli inteqrasiyasını qiymətləndirmək olduğunu qeyd edib:
"Təklif olunan qonorardan da imtina etmişəm. Fəliyyətimi qiymətləndirib məni fəxri certifikatla təltif ediblər. Əmək bazrının qiymətləndirlməsini aparmaqla yanaşı, həm də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək Bazırı İşçi qrupunun üzvüyəm".
Pərvanə Fərhadqızı