Xəbərlər 25.06.2025 17:23 29

"Milli rəqsin mesajları" layihəsinin yaradıcı qrupu ssenari planını müzakirə edib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  kiçik qrant müsabiqəsi çərçivəsində "YeniSi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İB-nin həyata keçirdiyi "Milli rəqsin mesajları" layihsənin ilkin hazırlıq işləri başa çatıb.

QHT.az xəbər verir ki, layihənin icrasına cəlb ediləcək şəxslərlə birgə müzakirənin keçirilməsi, iş bölgüsünün aparılması prosesi yekunlaşıb. O cümlədən layihənin icrası ilə bağlı zəruri olan inzibati və adminstrativ icazələrin alınması işləri tamamlanıb. Layihədə görüləcək işlərin ilkin siyahısı müəyyənləşdirilib.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının müvafiq razılığına əsasən F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının xoreoqraf - baletmeysteri Ceyhun Qubadov layihədə nəzərdə tutulan rəqslərin seçilməsi, hazırlanması üzrə yüksək səviyyəli məsləhətçi-mütəxəssis kimi müzakirələrdə iştirak edib. Layihənin quruluşçu rejissoru Vuqar Əlisoy və layihə rəhbəri Məqsəd Sarıyev ilkin müzakirələr zamanı ssenari planı, rəqslərin quruluşu və çəkiliş estetikasını müəyyənləşdirmək üçün müvafiq təkliflər irəli sürüblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı