Xəbərlər 25.06.2025 16:23 38

Şəhid övladları üçün Silahlı Qüvvələr Gününə həsr olunan əyləncəli tədbir keçirilib - FOTOLAR

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və "Vasilchuki" restoranının dəstəyi ilə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə şəhid övladları üçün əyləncəli tədbir təşkil edilib.

QHT.az xəbər verir ki, "Vasilchuki" restoranında 20 şəhid övladı iştirakı ilə keçirilən tədbir çərçivəsində animatorların iştirakı ilə əyləncə saatı, köpük şousu, stolüstü oyunlar və "Kinderland" əyləncə mərkəzində şənliklər təşkil olunub. Tədbir zamanı uşaqlara hədiyyələr təqdim olunub və onlar üçün nahar süfrəsi təşkil edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı