QHT sədri İsrail-İran müharibəsini müzakirə edib - FOTOLAR / VİDEO
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin İctimai Birliyinin sədri Zaur İbrahimli dünən gecə AZTV-nin "Hədəf" verilişində İsrail-İran müharibəsini müzakirə edib. İbrahimli müzakirə zamanı qeyd edib ki, İsrail, əsas məqsədlərindən birinə - İranın nüvə proqramını tam məhv etməyə qismən nail olub.
Onun sözlərinə görə, İranın nüvə proqramının bərpa edilməsi indiki şərtlərlə çox uzun müddət mümkün olmayacaq. Bununla belə, Zaur İbrahimli, İsrail və ABŞ-ın İrana qarşı hərbi müdaxiləyə ara verməyəcəyini, çünki onların əsas məqsədinə tam çatmadıqlarını vurğulayıb:
"İranın danışıqlar yolu ilə nüvə proqramından imtina etməsi isə ABŞ-ın əsas strategyasıdır. İran hakmiyyəti indiki halda ona minumum güzəşt edilməsi müqabilində geri çəkilə bilər. Bu İran hakmiyyətinə simasını saxlamağa imkan verərdi. Verilişə şərh bölməsindəki linkdən baxa bilərsiniz".
Pərvanə Fərhadqızı