Cəbrayıl, Zəngilan və Laçında keçirilən əmək yarmarkalarında 60 vakansiya təqdim olunub - FOTOLAR
Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə aktiv məşğulluq tədbirlərini davam etdirir.
AQHT.az xəbər verir ki, Agentlik tərəfindən Cəbrayıl, Zəngilan və Laçında növbəti əmək yarmarkaları keçirilib.
Yarmarkalarda 5 işəgötürən tərəfindən 60 vakansiya təqdim olunub. Vakansiyalar, əsasən, tikişçi, xalçaçı, ofisiant, elektrik, santexnik, operator, təsərrüfatçı peşələri üzrə olub.
Tədbirə qatılan sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib, həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.