Qanunsuz heyvan kəsiminin qarşısını almağa çağırış: QHT sədrindən TƏLƏB və TƏKLİF
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov QHT.az-a verdiyi açıqlamada Azərbaycanda qanunsuz heyvan kəsimi ilə mübarizə tədbirlərinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
QHT sədrinin sözlərinə görə, Azərbaycanın istehlakçıları hələ sovet dövründən malın diri görmək və ətini almaq ənənəsini davam etdirir:
"Bu ənənənin arxasında sovet dövründə baytarların yalançı möhürlər istifadə etmələri və qəssablarda möhürlərin olması ilə bağlı yaranan inamsızlıq dayanır. Bu səbəbdən, bazarda tələb və təklif aksiomaları əsasında, istehlakçılar hələ də marketlərə deyil, daha çox küçə ticarətinə üstünlük verirlər".
Eyyub Hüseynov qanunsuz heyvan kəsiminin qarşısını almaq məqsədilə Azad İstehlakçılar Birliyi olaraq Qida Təhlükəsizliyi Agentliyinə çağırış edərək, istehlakçıların inamını qazanmaq üçün daha effektiv işlərin aparılmasının vacib olduğunu bildirdi. QHT sədri qeyd etdi ki, Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara, xüsusilə də küçə kəsimindən əl çəkmələri üçün maarifləndirmə işləri aparmalıdır:
"Onlar elə bir inam qazanmalıdırlar ki, onlar küçə ticarətinə, küçədə kəsilən heyvanlara üstünlük verməsinlər və onlar media ilə istehlakçılarla, istehlakçı qrupları ilə elə bir iş aparmalıdırlar ki, insanlar, daha doğrusu, marketlərə üz tutsunlar. Küçə kəsimini boykot etsinlər. Biz bu işi aparırıq ki, onlar inansınlar. Bu sahədə vətəndaşların maarifləndirmə işi çox aşağı səviyyədədir. Çünki insanların beynindən onların şübhələrini çıxartmaq olmur və təsadüfi deyil ki, murdar olmuş xəstəlikdən ölmüş heyvanlar, eləcə də at ətinin, eşşək ətinin regionlardan Bakıya daşınması insanlar tərəfindən görüblər. Bu işdə ən uğurlu ifşa işini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsi görübdür. Onlar Leş Tofiq kimi insanlar üzə çıxarıblar, cinayət işi qaldırıblar, həbslər ediblər. Başqa dövlət orqanlarından fərqli olaraq, bu qurum yalnız cərimələr tətbiq etməyib, eyni zamanda lazımi tədbirləri həyata keçirib. İctimailəşdiriblər və sair. Düşünürəm ki, bu qurum daha fəal işləməlidir. Bu məsələlərin kökündən həll olunmasına nail olmalıdır."
Ardı var...
Pərvanə Fərhadqızı
QHT.az