Xəbərlər 21.06.2025 16:06 102

Abşeron rayonunda "Yaşıl İqtisadiyyatda-Yaşıl Enerji" mövzusunda forum keçirildi - FOTOLAR

20 iyun 2025-ci il tarixdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Abşeron Rayon İcra Hakimiyyəti və "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İB-nin birgə təşkilatçılığı ilə Abşeron rayon Heydər Əliyev Mərkəzində "Yaşıl İqtisadiyyatda-Yaşıl Enerji" adlı layihə üzrə 70 iri, 60 kiçik və orta sahibkarın, gənclərin iştirakı ilə forum keçirilmişdir.

QHT.az xəbər verir ki, forumda Abşeron rayon İH başçısının sosial-iqtisadi və humanitar məsələlər üzrə müavini Gulnar Rahimova, Az.Res. Kənd Təsərrüfatı Nazirliyinin aparıcı mütəxəssisi Esmira Lətifova, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin MŞ-nın və MQF-nin idarə heyətinin üzvü Zaur İbrahimov, Abşeron r.İH İŞ-nın sədri, Şəhid Anası Xatirə İsmayılova, aidiyyatı qurumların DMA, DAİM regional rəhbərləri və nümayəndələri ilə yanaşı sahibkarlar iştirak edirdilər. Forumda Abşeronun simvolu olan zeytun budaqlarının əks edildiyi hədiyyələr, mövzunu əhatə edəcək kitabça və eko çanta iştirakçılara hədiyyə edildi. Forum foyedə iştirakçıların inklüziv cəmiyyətə inteqrasiya məqsədilə təşkil edilmiş əl işlərindən ibarət sərgiyə baxışı, daun sindromlu rəssam və rəqqasə Pərvanə Huseynlinin və azyaşlılardan ibarət rəqs qrupunun çıxışlarını izləyərək başladı. Daha sonra Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək forum şəhidlərin ruhunu yad etməklə öz işinə başladı.

Forumda rəsmi çıxışlardan sonra iki panel müzakirəsi baş tutdu:

1-ci panel müzakirəsinin mövzusu "COP-29-dan sonrakı dövrdə sahibkarların yaşıl iqtisadiyyata keçidi üçün dövlət dəstəyi və əlverişli şəraitin yaradılması" oldu. Moderator "Konstitusiya Araşdırmaları Fondunun" sədri Alimammed Nuriyev, spikerlər isə Esmira Lətifova (Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin aparıcı məsləhətçisi), Zaur İbrahimov (QHT DDA-nın MŞ-nın və MQF İH-nin üzvü), Səkinə Babayeva (Az.Qadın Sahibkarlarlığının İnkişafı Assosiasiyasının sədri) oldu.

 2-ci panel mövzusu: "Biznes və yaşıl enerji: yeni biznes modelləri, investisiya və innovasiyalar" oldu. Moderator: İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, ƏƏSMN yanında İŞ sədri, iqtisad elmləri doktoru, professor Elshad Məmmədov, spikerlər: Rena Gafarova (KARVAN-L MMC-nin direktoru, CEO), "Afrika-Azerbaijan Cooperation" Beynəlxalq Təşkilatının sədri, Aslan Azimzadeh (İqtisadçı, Çin İqtisadiyyatçılar Cəmiyyətinin üzvü, ƏƏSMN yanında İŞ üzvü), Lamiya Khalilova (WILAT-ın Azərbaycan üzrə Əlaqələndirici şəxs, THE Training Hub Azerbaijan MMC-nin təsisçisi/Aztugem) çıxış etdilər. Çıxışlardan sonra iştirakçılar mövzu üzrə suallar verdilər, suallar cavablandırıldı. Forum öz işini uğurla başa çatdırdı. Layihənin icra planında nəzərdə tutulduğu kimi 20 şəhid ailə üzvü ilə dəyirmi masa keçiriləcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı