Xəbərlər 08.05.2025 17:10 88

“Ulu Öndər” – Masallıda tədbir

“Ulu Öndər” – Masallıda tədbir

 

Masallıda, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Mayın 8-də, Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə rayon ictimaiyyəti, idarə, təşkilat rəhbərləri, mədəniyyət işçiləri, ziyalı və gənclər iştirak ediblər.
Əvvəlcə  Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Masallı Dövlət Regional Kollecinin müəllimi Lətafət Ağakişizadə xalqını və dövlətini canından artıq sevən Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyi naminə misilsiz xidmətləri barədə məruzə ilə çıxış edib.
Sonra Masallı Mədəniyyət Mərkəzinin solistləri, Masallı Xalq Teatrının həvəskar aktyorları və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin təqdimatında “Ulu Öndər” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
 
Akif AĞAYEV


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı