Xəbərlər 07.05.2025 10:46 68

Şəhidimiz Pəncalı Hüseynovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Pəncalı Bəhmən oğlu Hüseynov 7 may 2001-ci il tarixində Neftçala rayonunun Qaralı kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 28 sentyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Pəncalı Hüseynov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı