Xəbərlər 16.05.2025 21:38 96

Sumqayıtda şəhid Elgün Abbaslının doğum gününə həsr olunmuş anım tədbiri keçirildi - FOTOLAR

15 may 2025-ci il tarixində "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt şəhərində, Heydər Əliyev Mərkəzində şəhid Elgün Abbaslının doğum günü münasibətilə anım tədbiri keçirildi.

QHT.az xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Onların iştirakı və mənəvi dəstəyi bu əlamətdar günə xüsusi dəyər qatdı. Tədbir zamanı şəhid Elgün Abbaslının keçdiyi şərəfli döyüş yolu xatırlandı, onun və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İB tərəfindən bildirildi ki, şəhidlərin xatirəsinin əziz tutulması, onların ailələrinin daim diqqət və qayğı ilə əhatə olunması təşkilatın əsas məqsədlərindəndir. Bu kimi tədbirlər vətən uğrunda canından keçən qəhrəmanlarımızın unudulmaması üçün böyük əhəmiyyət daşıyır.

Tədbirin təşkilində göstərdiyi dəstəyə görə “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Sumqayıt-Abşeron-Xızı regional sədri Yaqubov Həsənə xüsusi təşəkkür bildirildi.

Sonda tədbir iştirakçıları şəhidin ailəsinə başsağlığı verərək onların yanında olduqlarını bir daha ifadə etdilər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Vətən sağ olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı