Şəhidimiz Nurlan Həsənovun doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Nurlan Həsənov 1991-ci il mayın 19-da Şuşa şəhərində anadan olub.
QHT.az xəbər verir ki, o, 2008-2012-ci illərdə Azərbaycan Texnologiya Universiteti (ATU) ali təhsil alıb. 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə, Naxçıvan, sonra Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində və motoatıcı taqım komandiri vəzifəsində xidmət edib. 2014-cü ildə öz istəyi ilə Azərbaycan Ordusu sıralarından tərxis olunub. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 1 oktyabr tarixində Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Nurlan Həsənov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!