Xəbərlər 20.05.2025 18:48 89

QHT "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı layihənin icrasına başladı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid Analarına Dəstək" İctimai Birliyi "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı layihənin icrasına başladı.

QHT.az xəbər verir ki, layihədə əsas məqsəd ölkədə vətənpərvərlik ruhunun artırılmasına, aprel döyüşləri şəhidlərinin unudulmamasına, onların ailə üzvlərinə göstərilən ehtiramın nümunəsi olaraq cəmiyyətimizdə müsbət təsirlərin davam etməsinə kömək etməkdir. Layihənin icrasına hazırlıq mərhələsində aprel döyüşləri haqqında senari yazılacaq, senari əsasında video-çarx hazırlanacaq,

Layihə çərçivəsində 4 rayonda  təşkil olunacaq tədbirlərdə aprel döyüşləri haqqında hazırlanmış video-çarx nümayiş olunacaq. Təşkil olunacaq tədbirlər, çəkiləcək video-çarx və onun tədbirlərdə nümayiş olunması cəmiyyətimiz, xüsusilə, iştirakçılar arasında olan məktəblilər, yeniyetmələr üçün vətənpərvərlik ruhunun aşılanması istiqamətində böyük əhəmiyyət kəsb edəcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı