Beynəlxalq forum Beynəlxalq Radio efirində müzakirə olundu - FOTOLAR / VİDEO
“Yeni dünya nizamına doğru” mövzusunda ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq forum Beynəlxalq Radionun “Azərbaycanın səsi” verilişində müzakirə olunub.
QHT.az xəbər verir ki, verilişin aparıcısı Nicat Cəfərin qonağı “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, ictimai xadim Cəsarət Hüseynzadə olub. Veriliş zamanı Cəsarət Hüseynzadə bildirib ki, II Dünya Müharibəsindən sonra Avropanın bir çox ölkələrində siyasi mərkəz rolunu oynayan forumlar keçirilir:
“Bu forumlarda müxtəlif dövlətlər öz siyasi və iqtisadi mövqelərini bildirirlər. Azərbaycan da uzun illərdir öz siyasi forumlarını qurmaq əzmindədir və bu istiqamətdə uğurlu bir mexanizm formalaşdırılıb. Artıq 7-ci ADA Siyasi Forumu bu il keçirildi. Forumun ilk görüşləri Xankəndidə baş tutdu və daha sonra ADA Universitetində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdi.”
Cəsarət Hüseynzadə qeyd edib ki, bu forum dünyanın yeni nizama ehtiyac duyduğu dövrdə həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
“Bu, COP29-dan sonra ölkəmizdə keçirilən ikinci mötəbər beynəlxalq tədbirdir. Azərbaycanın bu prosesdə rolu regionda aparıcı dövlət kimi çıxış etməsidir.”
Veriliş zamanı həmçinin Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzu, siyasi dialoq mühitinə verdiyi töhfələr və regiondakı liderlik mövqeyi də müzakirə olunub.



Pərvanə Fərhadqızı