Xəbərlər 18.04.2025 00:59 102

İtaliyada kanat vaqonu sındı: 4 nəfər həlak oldu

Neapol əyalətinin Monte Faito şəhərində 4 nəfər ölüb, 1 nəfər ağır yaralanıb, 1 nəfər isə teleferik sınması nəticəsində itkin düşüb.

QHT.az xəbər verir ki, təhlükəsizlik sistemi kabinləri bağlasa da, onlardan ikisi havada asılı vəziyyətdə qalıb. ANSA-nın ilkin araşdırma məlumatlarına istinadən verdiyi xəbərə görə, dağa ən yaxın olan, içərisində dörd sərnişin və xidmət personalı olan kabin uçuruma düşüb.

Qapalı vəziyyətdə qalan 11 nəfər təhlükəsizlik kəmərindən istifadə edilərək təxliyə edilib.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı