BDU və Türkiyənin Ərciyəz Universiteti arasında anlaşma memorandumu imzalanıb
Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Ərciyəz Universiteti arasında anlaşma memorandumu imzalanıb.
QHT.az xəbər verir ki, sənədi BDU-nun rektoru Elçin Babayev və Ərciyəz Universitetinin rektoru Fatih Altun imzalayıblar. Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramlar, tədris planları və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
Əsası 1978-ci ildə qoyulmuş Ərciyəz Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. Ərciyəz Universiteti “QS Dünya Universitetləri Reytinqi”ndə 1201-1400-cü pillələrdə qərarlaşır.